AZ

Son iki gündə Azərbaycana təxliyə olunanlar arasında İran əsilli ABŞ vətəndaşları çoxluq təşkil edir

Son iki gündə İrandan Azərbaycana təxliyə olunan əcnəbilər arasında İran əsilli ABŞ vətəndaşları çoxluq təşkil edir...

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu gün səhərdən İrandan Azərbaycana Avstraliya, Almaniya, Tacikistan, İran, ABŞ, Kanada, İtaliya və Venesuela vətəndaşları təxliyə olunub.

Son saatlarda bu ölkədən Azərbaycana əsasən İran əsilli ABŞ vətəndaşlarının təxliyəsi daha çox müşahidə olunur.

Əslən Təbriz şəhərindən olan Vəliəhmədi Zonuz deyir ki, son 3 ildir Bakı şəhərində yaşayır: “Yenidən Azərbaycanda olduğuma görə çox məmnunam. Tamam rahat gəlmişəm. Burada keçəndən sonra bizə lazımı diqqət göstərdilər, rahat keçib gəlmişik".

Qeyd edək ki, bəzi ölkələr İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycan dövlətinə müraciət ediblər. Bir neçə gündür “Astara” dövlət sərhədinin buraxılış məntəqəsindən İranda olan əcnəbi vətənşdaların təxliyəsi aparılır.

Poliqon.info

Seçilən
12
50
poliqon.info

10Mənbələr