Bakıda Venesuela Bolivar Respublikasının Müstəqillik Gününün 214-cü ildönümü ilə bağlı tədbir keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Venesuela səfiri Kristofer Martinez Berroteran bildirib ki, Azərbaycan və Venesuela arasında əlaqələr möhkəmlənir, eyni zamanda, iki ölkə təhsil, mədəniyyət və bir sıra digər sahələrdə müştərək layihələr üzərində çalışır.
Səfir Venesuelanın azadlıq və müstəqillik yolunda keçdiyi çətinliklərdən danışıb. Venesuela səfiri dünyada yenidən neokolonializm və faşizmi dirçəltmək meyllərinin müşahidə olunduğunu diqqətə çatdırıb.
Kristofer Martinez ölkəsinin dünyada sülh üçün çalışdığını ifadə edib. O, ölkəsinin çoxqütblü dünyanın qurulmasına çalışdığını bildirib.
Diplomat Venesuela Prezidenti Nikolas Maduronun iyul ayının 25-dən 30-na kimi keçirilməsi gözlənilən sülh sammitinə dünya liderlərini dəvət etdiyini bəyan edib.
Tədbirin davamında Venesuelanın müstəqillik yolunun tarixi ilə bağlı qısametrajlı filmlər nümayiş etdirilib.
Tədbir çıxışlarla başa çatıb.
"Cebheinfo.az"