AZ

Milyonluq avtomobili özü təmir edən sürücü beşqat xərcə düşdü

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ vətəndaşı bir neçə həftə əvvəl aldığı “Lamborghini”ni özü təmir edərək bir neçə min dollar qabağa düşmək istəyib. Lakin əksi olub.

Avtosfer.az xəbər verir ki, sürücü bu məqsədlə qonşusu ilə birgə avtomobilin V10 mühərrikinin silindrlər blokunu söküb çıxarıb. nasaz klapanı təmir etdikdən sonra detalları əks ardıcıllıqla yığıb. Lakin maşını işə saldıqda mühərrik normal işləməyib. Onun çoxsaylı cəhdləri nəticəsiz qaldığından avtomobili evakuatorla servisə aparıb.

Burada məlum olub ki, silindrlıq başlığını yerləşdirərkən hermetikdən çox istifadə edildiyi üçün yağ kanalı tıxanıb. Qazpaylama valının yumruqcuqları təmir edilmir.

Söküldükdən sonra tam komplektr dəyişdirilməlidir. Valın yatağının boltları da düzgün sıxılmayıb. 

Avtomobilin servisdə təmiri təxminən 20 min dollara başa gəlib. Ustalar bildiriblər ki, maşın dərhal servisə gətirilsə idi, nasazlığı 4-5 min dollara aradan qaldırmaq mümkün idi.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
50
avtosfer.az

10Mənbələr