16 yaşadək qızlardan ibarət basketbol yığmamız Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində çempion olub.

Offsideplus.az xəbər verir ki, U-16 milli komandamız bu gün "Airom Cup" beynəlxalq turnirinin son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubuna 68:32, Rusiyanın "MBU Volqoqrad" klubuna isə 58:47 hesabları ilə qalib gələrək, "Airom Cup" beynəlxalq turnirinin çempionu olub. 

Qeyd edək ki, qızlarımız bu çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıblar.