Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası sabah Avropa çempionatının C divizonunda mübarizəyə başlayacaq.

Offsideplus.az xəbər verir ki, B qrupunda yer alan yığmamız ilk görüşü San Marinoya qarşı keçirəcək.

Növbəti günlərdə basketbolçularımız daha 3 rəqiblə qüvvəsini sınayacaq.

Qrupun bütün oyunları Albaniyanın Şkoder şəhərində baş tutacaq.

Avropa çempionatı, C divizionu

B qrupu

5 iyul saat 18:30 Azərbaycan - San Marino 

6 iyul saat 21:30 Azərbaycan- Andorra

9 iyul saat 19:00 Azərbaycan- Lüksemburq 

10 iyul saat 22:30 Azərbaycan- Cəbəllütariq