Kişi voleybolçulardan ibarət millimiz bu gün Gümüş Avropa Liqasında sonuncu matçına çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Fərid Cəlalovun komandası Farer adalarında Avstriyanı sınağa çəkəcək.
İlk 5 oyunda 2 qələbə qazanan yığmamızın növbəti 3 xal uğrunda mübarizə aparacaq. Qələbə turnir cədvəlində 4-cü yerdə (6 xal) olan komandamızın mövqeyini də yaxşılaşdıra bilər.
Gümüş Avropa Liqası
21 iyun
3-cü tur, 6-cı oyun
Kişilər
Avstriya - Azərbaycan
Hakimlər: David Ryan (Farer adaları), Niklas Tomsen (Danimarka)
Sandur, “Höllin inni i Dal”. Saat 20.00.
Qeyd edək ki, Avstriya 2 oyundan sonra 3 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta