AZ

"Komо" Alvaro Morata ilə maraqlanır

İtaliyanın A Seriyasında çıxış edən “Komo” klubu təcrübəli hücumçu Alvaro Morata ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı futbolçuya rəsmi təklif göndərən “Komo” artıq ispan forvardla danışıqlara start verib. Hazırda Morata karyerasını “Qalatasaray”da davam etdirir.

Türkiyə təmsilçisi onu bu ilin fevralında “Milan”dan bir illik icarə əsasında heyətinə qatıb. Müqavilədə satınalma şərti də mövcuddur.

Qeyd edək ki, “Komo”nun baş məşqçisi keçmiş ulduz futbolçu Sesk Fabreqasdır. Komanda ötən mövsüm A Seriyanı 10-cu pillədə tamamlayıb. Transfermarkt portalının məlumatına görə, Moratanın bazar dəyəri 11 milyon avrodur.

Seçilən
75
50
90deqiqe.az

10Mənbələr