AZ

Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib

Gəncədə 19 yaşlı İbrahim Nəzərov özünü asaraq intihar edib.

XəzərNews.az xəbər verir ki,İbrahim Nəzərovdan üç gün xəbər olmayıb. Babası onun yoxa çıxmasından narahat olaraq istifadə etmədikləri birotaqlı evə baş çəkib. Qapını açanda nəvəsinin asımış vəziyyətdə olduğunu görüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gəncin bir neçə gün əvvəl intihar etdiyi bildirilir. Onun bu addımı hansı səbəbdən atdığı hələlik məlum deyil.

Qeyd edək ki, İbrahim Nəzərovun məhkumluğu olub. O, valideynlərini erkən yaşda itirib, nənəsi və babasının hİmayəsində böyüyüb.


Xəbər 3 dəfə oxunub.
Seçilən
10
50
xezernews.az

10Mənbələr