Müdafiəçi Vüsal Məsimov “Şamaxı”dan ayrılıb. Onun klubla müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Məsimov “FutbolPress“ə açıqlamasında ayrılığı haqda danışdı:
“Şamaxı”da xoş xatirələrim oldu, ancaq danışdıq və qarşılıqlı razılaşaraq vidalaşdıq. Ümid edirəm ki, gələn mövsüm mənimçün daha yaxşı olar”.
Müdafiəçi klubdan ayrılmasının səbəbinin daha çox oynamaq istəməsi olduğunu söylədi:
“Ayxan müəllimlə danışdım və daha çox oynamaq istədiyimi bildirdim. O da bunu anlayışla qarşıladı və yolumu açdı. Yaxşı təklif aldığım üçün ayrılmağa qərar verdim. “Şamaxı” karyeram pis alınmadı. Yaxşı kollektiv var və yaxşı dostlar qazandım. Sadəcə oyun praktikamın azlığı səbəbindən ayrılmağa qərar verdim”.