AZ

Kompani: “Benfika”ya qarşı oyunda fürsətlərimizi qaçırdıq”

“Bayern”in baş məşqçisi Vensan Kompani FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 3-cü turunun “Benfika” ilə oyununu (0:1) şərh edib.

Arena.az DAZN şəbəkəsinə istinadən, 39 yaşlı belçikalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Birinci hissə lap uğursuz alındı. Hava şəraitinə görə, oyun yatımlı deyildi. İkinci hissədə biz çoxlu məqamlar yaratdıq ki, hesabı 1:1 edək, amma bu fürsətləri əldən verdik. Futbol belədir, fürsətlərini dəyərləndirmək gərəkdir. 1/8 finalda “Flamenqo” və ya “Çelsi”? İxtiyari halda çətin oyun olacaq. Biz yaxşı hazırlaşmalı və fürsətlərimizi gerçəkləşdirməliyik”, deyə Kompani vurğulayıb.

Üç turdan sonra “Bayern”in yer aldığı “C” qrupunun yekun yarış cəvəli belə mənzərə yaradır:

  1. “Benfika” – 7 xal;
  2. “Bayern” – 6 xal;
  3. “Boka Xuniors” – 2 xal;
  4. “Oklend Siti” – 1 xal.

“Boka Xuniors” və “Oklend Siti” evə yollanırlar. “Benfika” və “Bayern” isə yarışın 1/8 final mərhələsində çıxış edəcəklər. Portuqaliya nəhəngi İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq. Almaniya nəhəngi isə Braziliya nəhəngi “Flamenqo” ilə üzləşəcək.

Seçilən
78
14
arena.az

10Mənbələr