“Qalatasaray” daha bir ulduz futbolçunu heyətinə cəlb etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, “Qalatasaray” “Atletiko Madrid”in futbolçusu Rodrigo De Paulu transfer etmək istəyir. “Fanatik” qəzetində dərc edilən xəbərə görə, futbolçunun klubu ilə müqaviləsi 2026-cı ildə yekunlaşır. “Qalatasaray” tərəfi hesab edir ki, De Paulun transfer edilməsi komandada keyfiyyət səviyyəsini yüksəldəcək. Bildirilir ki, "Qalatasaray" rəsmiləri həm argentinalı futbolçu, həm də klubu ilə danışıqlar aparıb. “Atletiko Madrid” razılıq verərsə, transfer reallaşa bilər. Bundan əvvəl, “Qalatasaray” Lero Saneni transfer edib.