AZ

Portuqaliya vətəndaşlıq alma qaydalarını sərtləşdirir

Bakı. Trend:

Portuqaliya Nazirlər Şurası ölkədə vətəndaşlıq və yaşayış hüququilə bağlı meyarların sərtləşdirilməsini nəzərdə tutan dörd qanunlayihəsini təsdiqləyib.

Trend xəbər verirki, bu barədə “Euronews” məlumat yayıb.

Yeni qanunlara əsasən, vətəndaşlıq almaq üçün tələb olunanqanuni yaşayış müddəti 7 ildən 10 ilə qədər artırılıb. Hökumətrəsmisi Antoniu Leitau Amaru bildirib ki, bu müddət artıq yaşayışicazəsinin verildiyi tarixdən hesablanacaq. Əvvəllər isə bu müddətilkin müraciət tarixindən etibarən sayılırdı.

Amaru bu dəyişiklikləri “səmərəli ünsiyyət və milli icmayamənsubiyyətin təmin edilməsi” zərurəti ilə əsaslandırıb.

Qanunvericiliyə edilən digər dəyişikliklərə görə, Portuqaliyadadoğulan əcnəbi vətəndaşların uşaqları avtomatik olaraq vətəndaşlıqalmayacaq. Bu halda valideynlərin ölkədə qanuni olaraq azı üç ilyaşamaları tələb olunacaq. Amaru qeyd edib ki, uşaq ancaq “portuqalolması arzusu ifadə edilərsə” vətəndaşlıq ala bilər.

Seçilən
80
13
az.trend.az

10Mənbələr