AZ

Sabirabadda ağır qəza - 3 nəfər öldü

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə rayonun Nizami kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “QAZ 24” markalı avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər kənd sakini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Seçilən
49
50
qafqazinfo.az

10Mənbələr