Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qusar rayonunun Çiləgir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, Qusar-Şahdağ yolunda turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ü Azərbaycan, 5 nəfəri isə Pakistan vətəndaşlarıdır.
Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.