AZ

Tovuzda dönərdən zəhərlənənlərin sayı 40-a çatır– Araşdırma başladı – YENİLƏNİB

Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı artır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dönərdən zəhərlənən şəxslərin sayı 36 nəfərə çatıb.

***

25 iyun, saat 21.36

Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı artıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dönərdən zəhərlənən şəxslərin sayı 26 nəfərə çatıb.

Bu arada Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib. Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.

***

25 iyun, saat 18.33

Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 12 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlər içərisində azyaşlıların da olduğu bildirilir.

 

Seçilən
91
50
heftelik.az

10Mənbələr