AZ

Modriç “Milan”a üz tutur

ABŞ-ın evsahibliyi etdiyi klublararası dünya çempionatından sonra İspaniyanın “Real Madrid” klubundan ayrılacaq xorvatiyalı məşhur futbolçu Luka Modriç İtaliyanın “Milan” komandasına keçəcək. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 39 yaşlı futbolçu mundialdan sonra uşaqlıqdan azarkeşi olduğu “rossonerilər”lə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, 2012-ci ildən “Real Madrid”də çıxış edən futbolçu bu müddət ərzində 590 matçda 43 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb.

M.HACIXANLI 
XQ 

 

Seçilən
0
5
xalqqazeti.az

7Mənbələr