Xəbər verdiyimiz kimi, dünən Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
TƏBİB-dən cavab olaraq bildirilib ki, ötən gün saat 16:55 radələrindən başlayaraq 35 nəfər (16-sı kişi, 19-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə burxılıblar.