Bərdədə iki qadın qidadan zəhərlənib.
Sitat.info xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 21:50 radələrində iki qadın hospitalizasiya olunub.
Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.