AZ

Bərdə sakinləri qidadan zəhərlənib? - Yenilənib

Bərdədə iki nəfər qidadan zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qaradağlı kənd sakini olan 2 nəfər zəhərlənmə diaqnozu ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Onların qidadan zəhərləndiyi bildirilib.

Faktla bağlı araşdırma başlayıb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 21:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına 2 nəfər (qadın cinsli) hospitalizasiya olunub.

Pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.

***

Hadisə ilə bağlı AQTA məlumat yayıb. Bildirilib ki, Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

“Bərdədə iki nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb. Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasında  ilkin diaqnoz kimi, həmin pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu qoyulsa da, sonradan qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”.

Ziya Əmirxanlı

Seçilən
10
2
qafqazinfo.az

10Mənbələr