ADY 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
Qurumdan News24.az-a bildirilib ki, artan sərnişin tələbatı nəzərə alınaraq 25 iyunda Bakı-Balakən qatarına əlavə 8 vaqon qoşulub.
Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla yola düşüb.
Qeyd edilib ki, həftəiçi Bakı-Balakən-Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.
Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərində Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.