AZ

Qeyri-iş günlərində bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib

Bakı. Trend:

ADY 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş rejimdəfəaliyyətini davam etdirir.

Qurumdan Trend-ə bildirilib ki, artan sərnişin tələbatı nəzərəalınaraq 25 iyunda Bakı-Balakən qatarına əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla yoladüşüb.

Qeyd edilib ki, həftəiçi Bakı-Balakən-Bakı qatarı bir istiqamətüzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərindəBakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı xətləri üzrə də əlavə reyslərtəyin edilib.

Seçilən
2
25
az.trend.az

10Mənbələr