Bakı. Trend:
ADY 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş rejimdəfəaliyyətini davam etdirir.
Qurumdan Trend-ə bildirilib ki, artan sərnişin tələbatı nəzərəalınaraq 25 iyunda Bakı-Balakən qatarına əlavə 8 vaqon qoşulub.
Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla yoladüşüb.
Qeyd edilib ki, həftəiçi Bakı-Balakən-Bakı qatarı bir istiqamətüzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.
Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərindəBakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı xətləri üzrə də əlavə reyslərtəyin edilib.