Bakı. Trend:
Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq onlayn musiqimüsabiqəsində azərbaycanlı fleyta ifaçısı Ağarahim Quliyev yüksəkmükafata layiq görülüb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, soydaşımız “Gabriel Fauré Dünya MusiqisiMüsabiqəsi”ndə ən ali mükafat – “Star Grand Prize” (Böyük MükafatUlduzu) ilə təltif edilib.
Hər il keçirilən bu müsabiqə dünyanın müxtəlif ölkələrindən olantanınmış, peşəkar və istedadlı musiqiçiləri bir araya gətirərəkonların yaradıcılığını yüksək səviyyədə qiymətləndirir.
Builki müsabiqədə Ağarahim Quliyevin çıxışı münsiflər heyətitərəfindən yüksək qiymətləndirilib. Onun ifasında həm texnikiustalıq, həm də emosional dərinlik xüsusi vurğulanıb.
Qeyd edilib ki, Ağarahim Quliyev 2022-ci ilin avqust ayındaDiasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgətəşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindəkeçirilən Diaspor Gənclərinin 3-cü Yay Düşərgəsinin iştirakçısıolub. O həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinintəşkilatçılığı ilə baş tutan Şuşa səfərində də iştirak edib.