AZ

Diaspor Gənclərinin 3-cü Yay Düşərgəsinin iştirakçısı Parisdə beynəlxalq mükafata layiq görülüb

Bakı, 26 iyun, AZƏRTAC

Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq onlayn musiqi müsabiqəsində azərbaycanlı fleyta ifaçısı Ağarahim Quliyev yüksək mükafata layiq görülüb.

Soydaşımız “Gabriel Fauré Dünya Musiqisi Müsabiqəsi”ndə ən ali mükafat – “Star Grand Prize” (Böyük Mükafat Ulduzu) ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, hər il keçirilən bu müsabiqə dünyanın müxtəlif ölkələrindən olan tanınmış, peşəkar və istedadlı musiqiçiləri bir araya gətirərək, onların yaradıcılığını qiymətləndirir.

Builki müsabiqədə Ağarahim Quliyevin çıxışı münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Onun ifasında həm texniki ustalıq, həm də emosional dərinlik xüsusi vurğulanıb.

Qeyd edək ki, Ağarahim Quliyev 2022-ci ilin avqust ayında Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Diaspor Gənclərinin 3-cü Yay Düşərgəsinin iştirakçısı olub.

Seçilən
9
4
azertag.az

5Mənbələr