AZ

Bakı–Balakən qatarına 8 əlavə vaqon qoşulub - ADY

Azərbaycan Dəmir Yolları (ADY) QSC qeyri-iş günlərində (26-29 iyun) gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

ADY-dən  "Yeni Sabah"a verilən məlumata  görə, artan sərnişin tələbatı nəzərə alınaraq, iyunun 25-də Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla, 100 faiz doluluqla yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla, orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin olunub.

 


Telegram kanalımız
Seçilən
1
25
yenisabah.az

10Mənbələr