AZ

Adam neçə dəfə sübut edər ki, dəvə deyil? Cavanşir Quliyev marş yazmaqdan imtina etdi

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar incəsənət xadimi, məşhur “Əsgər marşı”nın müəllifi Cavanşir Quliyev Azərbaycanda yeni bəstələnən marşlardan danışıb.

Bakupost.az xəbər verir ki, Modern.az-a danışan bəstəkar bir daha marş yazmayacağını da əlavə edib.

“O bəstələrə mən deyil, siz - dinləyicilər dəyər verməlidir. Mən yazılan bəstələrin hamısını dinləməmişəm, ona görə də nəsə demək düzgün olmaz. Azərbaycana döndüyüm cəmi 3 ildir, olmadığım 17 ildə çox əsər yazılıb, onları dinləməyə vaxtım yoxdur. Amma bəstələrin nə qədər uğurlu olması dinləyicilərin yaddaşında qalmasından aslıdır” deyə, o qeyd edib.

1993-cü ildə yazdığı “Qarabağ marşı” da dinləyicilər tərəfindən sevilən C.Quliyev daha marş yazmayacağını da açıqlayıb:

“Mən marşımı yazdım. Adam neçə dəfə sübut edər ki, dəvə deyil? Daha marş yazmayacağam”.

Xatırladaq ki, 1992-ci ildə sənət adamları cəbhə bölgəsinə gedir, əsgərlərə pay aparar, həm də onların könlün almaq üçün konsert verirdilər. Həmin səfərlərin birində Laçın batalyonunda Cavanşir Quliyevə sözləri Əli Kaminə məxsus şeir verirlər ki, bu sözlərə bir marş yazsın, çünki cəbhədə əsgərlər üçün oxumağa öz dilimizdə mahnı yoxdur, hamısı ruscadır. C.Quliyev həmin vərəqi götürüb Bakıya gəlir, inamla marş yazmağa başlayır. Marş ilk dəfə Laçın batalyonundakı əsgərlərə dinlədilib. Elə bəstənin ilk adı da məhz “Laçın batalyonunun marşı” olub. Tezliklə bu bəstə ölkənin dörd bir yanına yayılır, hamı da ona “Əsgər marşı” deməyə başlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
16
www.bakupost.az

10Mənbələr