Klublararası dünya çempionatında qrup mərhələsinin 3-cü turunun daha 2 oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, son pley-offçular müəyyənləşib.
H qrupunda "Real" (İspaniya) "Zalsburq"la (Avstriya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) isə "Paçuka" (Meksika) ilə qarşılaşıb.
Görüşlərdə Madrid təmsilçisi 3:0, Səudiyyə Ərəbistanı klubu isə 2:0 hesablı qələbə qazanıb.
Bununla da "Real" xallarının sayını 7-yə çatdırıb və qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. "Əl-Hilal" isə 5 xalla 2-ci yerin sahibi olaraq pley-offa adlayıb.
Turniri "Zalsburq" 3-cü, "Paçuka" 4-cü pillədə başa vurub.
Telegram kanalımız