AZ

Real və Əl Hilal 1/8 finalda

ain.az, Metbuat portalına istinadən məlumat verir.

Klublararası dünya çempionatında qrup mərhələsinin 3-cü turunun daha 2 oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, bununla da son pley-offçular müəyyənləşib.

H qrupunda "Real" (İspaniya) "Zalsburq"la (Avstriya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) isə "Paçuka" (Meksika) ilə qarşılaşıb.

Görüşlərdə Madrid təmsilçisi 3:0, Səudiyyə Ərəbistanı klubu isə 2:0 hesablı qələbə qazanıb. Bununla da "Real" xallarının sayını 7-yə çatdırıb və qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb.

"Əl-Hilal" isə 5 xalla 2-ci yerin sahibi olaraq pley-offa adlayıb. Turniri "Zalsburq" 3-cü, "Paçuka" 4-cü pillədə başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
metbuat.az

5Mənbələr