AZ

AAYDA-nın illik gəlir və xərcləri 4,3 milyard manatı ötdü

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2024-cü il üzrə maliyyə göstəriciləri açıqlanıb.

Publika.az qurumun maliyyə hesabatına əsasən xəbər verir ki, ötən il agentliyin ümumi gəlir və xərcləri 4 milyard 331,503 milyon manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 4,8% artım deməkdir.

Qurumun material xərcləri ötən il 479,546 milyon manat təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 21,3% artım deməkdir. İnzibati xərclər isə 135,073 milyon manat olub və bu da illik müqayisədə 1,6% azalma ilə müşahidə olunub. Digər əməliyyat xərcləri isə 3 milyard 716,883 milyon manata çataraq 3,2% artıb.

2025-ci il yanvarın 1-nə olan məlumata görə, AAYDA-nın aktivləri 36 milyard 234,826 milyon manat olub ki, bu da illik əsasda 14,9% artıma bərabərdir. Həmin dövrdə qurumun öhdəlikləri 21,6% azalaraq 444,054 milyon manata düşüb. Balans kapitalı isə 15,6% artaraq 35 milyard 790,772 milyon manata yüksəlib.

Seçilən
18
5
publika.az

10Mənbələr