AZ

Limonun qiyməti ətlə YARIŞIR – Kəskin bahalaşmanın səbəbi BƏLLİ OLDU

Son vaxtlar marketlərdə limonun qiyməti bahalaşıb. Məhsul demək olar ki, yarım kiloqram ətin qiyməti ilə eyni səviyyəyə çatıb. Mövsümi səbəblərlə limonun ucuzlaşması gözlənilsə də, əksinə istehlakçılar ciddi bahalaşma ilə qarşılaşırlar.

Bəs bu bahalaşmanın əsas səbəbləri nədir?

İqtisadçı Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirib ki, limonun qiymətinin artmasında bir neçə əsas amil rol oynayır:
 

MÖVZU İLƏ BAĞLI:

Bir ay hər gün LİMONLU SU içsəniz nə olar?


“Logistika xərclərinin yüksəlməsi bu prosesdə önəmli yer tutur. Azərbaycan daxilində dizel yanacağının qiymətinin artması daşınma xərclərinə də təsir edir. Nəticədə kənd təsərrüfatı məhsullarının qiyməti də artır. Bundan başqa, ölkədə hər il davamlı olaraq 5-8% arası inflyasiya müşahidə olunur ki, bu da pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. Eyni zamanda, idxal olunan məhsulların qiymətlərində də artım var. Bu da ümumi qiymət artımına təkan verir.

Bütün bu amillər bir araya gəldikdə məhsulun qiymətinin yüksəlməsinə gətirib çıxarır”.

Ekspert əlavə edib ki, limonun bazarda nisbətən az olması da qiymətlərin yüksəlməsində mühüm rol oynayır.

Ayşən Rəhim, Bizim.Media

Seçilən
4
20
bizim.media

10Mənbələr