AZ

Azərbaycanda baş verən cinayətlərin sayı: 2021-dən sonra nə dəyişdi?

Rəqəmlər göstərir ki, 2024-cü ildə Azərbaycanda cinayət hadisələrinin sayı əvvəlki illə müqayisədə 9.3% azalaraq 33,379-a düşüb.

2024-cü ildə cinayət hadisələrinin sayında azalma müşahidə olunsa da, 2021-ci illə müqayisədə 2022-ci ildə cinayətlərin sayı artıb. 2021-ci ildə 31,131 cinayət qeydə alınıb, 2022-ci ildə isə bu rəqəm 36,494 olub.

2022-ci ildə qeydə alınan hadisələrin 83.4%-i az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayətlər olub. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə cinayət hadisələrinin sayı 33,379-a enib. Bu, 2023-cü illə müqayisədə 9.3% və ya 3,432 hadisə azalma deməkdir. 

Yenisabah.az Azərbaycan üzrə son 10 ilin cinayət hadisələrinin sayını təqdim edir:

2015 - 26,916 

2016 - 26,611

2017 - 26,113

2018 - 26,381

2019 - 26,672

2020 - 26,004

2021 - 31,131

2022 - 36,494

2023 - 36,811

2024 - 33,379

2025  - 7,829 (birinci rüb)

Göründüyü kimi, 2021-ci ildən etibarən, ölkə üzrə törədilmiş cinayətlərin sayında ciddi artım müşahidə olunmaqdadır. 2022-də, 2020-ci ilə nisbətən nə az nə çox, düz 10 min daha cinayət faktı qeydə alınıb.

Cinayət sayının artması ilə bağlı daha bir məqam narahatlıq doğurur. Söhbət həm də ağır cinayətlərin say artımından gedir. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə ölkədə qeydə alınan cinayətlərin 11 faizi ağır cinayətlərdən idi. 2020-ci ildə həmin rəqəm 13.3 faizə yüksəlib. 2021-ci ildə isə belə hadisələrin 16 faizi ağır cinayət olub. Ötən il bu rəqəm bir qədər də yüksələrək 16.6 faizə çatıb. Bu o deməkdir ki, əgər 2019-cu ildə ölkədə baş verən təxminən hər doqquz cinayətdən biri ağır cinayət idisə, 2020-ci ildə qeydə alınan təxminən hər altı cinayətdən biri ağır cinayət sayılıb. Rəsmi rəqəmlərə görə 2023 və 2024-cü illərdə də ağır cinayətlərin sayında artım müşahidə olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
21
43
yenisabah.az

10Mənbələr