AZ

Baş Prokurorluq Rusiya “OMON”unu müttəhimlər kürsüsünə əyləşdirə biləcəkmi?

 "Azərbaycan vətəndaşlarının hüquqları tapdanırsa, rəsmi Bakı məsələyə müdaxilə edə bilər".  

Bunu "Yeni Sabah"a ehtiyatda olan polkovnik Şəmsəddin Əliyev bildirib.

Xatırladaq ki, Rusiyanın Yekaterinburq şəhərində "OMON"un keçirdiyi xüsusi əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri – Hüseyn Səfərov Azərbaycan, digəri – Ziyəddin Səfərov isə Rusiya vətəndaşı olub. Azərbaycan Baş Prokurorluğu hadisə ilə bağlı cinayət işinin icrasına başlayıb. pizza sifarişi

Bu, cəmiyyətdə bir sıra suallar doğurub: Azərbaycan vətəndaşı olmayan şəxslə bağlı istintaqa rəsmi Bakı hansı səviyyədə müdaxilə edə bilər? Ziyəddin Səfərovun Rusiya vətəndaşı olması, lakin azərbaycanlı mənşəyi Azərbaycanın hüquq-mühafizə orqanlarının bu məsələdə iştirakını zəruri və ya mümkün edirmi?

"Hadisələrin bu şəkildə istiqamət götürməsi qonşuluq siyasətinə, diplomatiyaya, daxili, xarici və hüquq siyasətinə tamamilə ziddir. ÖLənlərədn biri Rusiya vətəndaşı olsa belə, Rusiya hüquq-mühafizə orqanları vətəndaşlarla bu cür davrana bilməz", - deyə o vurğulayıb.

Ş. Əliyev əlavə edib: "Biz Rusiya vətəndaşlarını ölkədən çıxarmamışıq. Həm Rusiyadakı səfirlik, həm də Azərbaycan dövləti komission iddialardan çıxış edərək Rusiyaya qarşı iradlar bildirə və insan azadlıqları ilə bağlı məsələləri gündəmə gətirə bilər. Bu, dövlətin daxili və xarici siyasətində, eləcə də beynəlxalq hüququn subyekti olan dövlətlər arasında hüquq və azadlıqların prioritet təşkil etdiyi bir məsələdir. Buna görə də hadisə baş verdiyi zaman ərazi üzrə prokurorluq orqanları daxili işlər orqanları ilə birlikdə əməliyyat-axtarış tədbirlərini davam etdirə bilərlər. İstintaqın obyekti və ədalətli həlli naminə Azərbaycan tərəfinin, yəni Baş Prokurorluğun müraciəti ilə məsələ həll oluna bilər".

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
22
43
yenisabah.az

10Mənbələr