AZ

Elvin Yunuszadə “Qəbələ”yə lazım olmadı

2025/2026-cı illər mövsümündə Premyer Liqada mübarizə aparacaq “Qəbələ” klubu müdafiəçisi Elvin Yunuszadə ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müdafiəçi ilə 2024/2025-ci illər mövsümünün sonunda başa çatmış müqavilənin müddəti uzadılmayıb.

Xatırladaq ki, 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin Yunuszadə “Qəbələ”də 22 oyun keçirib. 32 yaşlı futbolçu daha öncə “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şkupi”, “Keşlə”, “Kəpəz”, “İrəvan” kimi klublarda da forma geyinib. Təcrübəli müdafiəçi vaxtilə Azərbaycan millisində də 3 oyun keçirib.

“Qəbələ” daha öncə Emil Süleymanov, Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov və Oçe Oçoveçi ilə də yollarını ayırmışdı.

Seçilən
56
2
arena.az

8Mənbələr