AZ

İsaak Amoa “Qəbələ”də - Rəsmi

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” yeni futbolçu – qanalı mərkəz müdafiəçisi İsaak Amoa ilə güclənib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

İsaak Amoa son olaraq İspaniyanın “Atletiko Sanlukenyo” klubunun formasını geyinib. O, ötən mövsümün ikinci yarısında formasını geyindiyi 3-cü liqa təmsilçisinin heyətində 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Amoa bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarasona”, Polşada “Poqon Siedlse” klublarında da çıxış edib.

“Qəbələ” buna qədər Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi və Elvin Yunuszadə ilə yollarını ayırmışdı. Emil Süleymanov isə “Şamaxı”ya icarəyə verilib.

Seçilən
6
2
arena.az

8Mənbələr