AZ

Rusiyadan Ermənistana xəbərdarlıq məktubu

Rusiya Ermənistana göndərmək üçün məktub hazırlayır. Məktubda rəsmi İrəvanın diqqətinə onun Avropa İttifaqı ilə yaxınlaşma normaları və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətlər çatdırılacaq.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə TASS-ın sualını cavablandıran baş nazirin müavini Aleksey Overçuk bildirib.

“Mən həmkarım Mher Gerbertoviçə (Ermənistan baş nazirinin müavini Qriqoryan – red.) ünvanlanmış məktubu imzalamaq niyyətindəyəm ki, bizim fikrimizcə, bu hərəkətlər (Aİ ilə yaxınlaşma normaları – TASS) Avrasiya İqtisadi İttifaqının normalarına ziddir”, – Overçuk deyib.

“Buna uyğun olaraq, müvafiq tədbirlərin tətbiqi məsələsinə baxacağıq”, – Rusiya baş nazirinin müavini xəbərdarlıq edib.

Seçilən
4
11
tribunainfo.az

10Mənbələr