AZ

Rusiyadan İrəvana “sarı kart”

Rusiya Ermənistana məktub hazırlayır, məktubda onun Avropa İttifaqı ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətləri qeyd edir.

Musavat.com xəbər verir ki, bunu TASS-ın sualını cavablandıran Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Mən həmkarım Mher Gerbertoviçə (Ermənistanın baş nazirinin müavini Qriqoryan) ünvanlanmış məktubu imzalamağa hazırlaşıram ki, bu hərəkətlər, fikrimizcə, Avrasiya İqtisadi İttifaqının normalarına ziddir”, - Overçuk bildirib.“...Biz müvafiq tədbirlərin tətbiqi məsələsinə baxacağıq”, - Rusiya baş nazirinin müavini xəbərdarlıq edib.
Onun sözlərinə görə, Rusiya Federasiyası “Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması çərçivəsində baş verən prosesləri izləyir”.

over.jpg

Overçuk xatırladıb ki, Ermənistan parlamenti Ermənistanın Avropa İttifaqına qoşulmaq istəyini bəyan edən qanun qəbul edib: “Biz Ermənistanda bu istiqamətdə gedən prosesləri diqqətlə izləyirik. Əlbəttə, biz həmişə Ermənistan xalqının seçiminə hörmətlə yanaşacağıq, lakin eyni zamanda başa düşürük ki, Ermənistanın həm Avrasiya İttifaqında, həm də Avropa İttifaqında eyni vaxtda olması mümkün deyil".

“Nə qədər ki, Ermənistan formal olaraq KTMT-nin, MDB-nin, Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvüdür, Rusiyanın anti-Ermənistan kəskin addımlar atacağını düşünmürəm. Rusiyanın Ermənistan ilə münasibətlərin formatını kəskin şəkildə dəyişmək üçün heç bir əsas yoxdur”.Musavat.com xəbər verir ki, bunu isə Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan erməni mediasına müsahibəsində belə deyib.

Politoloq deyib ki, Ermənistan-Rusiya münasibətlərindəki böhran yeni deyil: “Uzun müddətdir, ən azı illərdir mövcuddur. “Amma Ermənistan-Rusiya münasibətlərində kəskin dönüş olacağı, pisləşəcəyi mənə çətin görünür. Moskvada, məncə, hər şey hamıya kifayət qədər aydındır. İrəvandan gələn siqnallar isə hələ də vəziyyətin az-çox stabil qalması üçün müəyyən imkanlar yaradır”.Politoloq deyib ki, Ermənistan Rusiyanın xarici siyasətində nəhəng yer tutmur: “Ermənistan Çin deyil, Avropa deyil, hətta Qazaxıstan da deyil ki, ən yüksək səviyyədə çox ciddi qərarlar qəbul etsin. Ümumiyyətlə, Ermənistanla münasibətlər Rusiya üçün önəmli olsa da, Ermənistan daxildən göründüyü qədər önəmli ölkə deyil”.

Musavat.com

Seçilən
10
1
musavat.com

10Mənbələr