AZ

Dağıstanın dövlət katibi Maqomedovun zavod və əmlakları müsadirə edildi…


Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedova qarşı Rusiya Baş Prokurorluğunun qaldırdığı iş korrupsiyaya qarşı mübarizə çərçivəsində aparılan əmlak müsadirəsilə bağlıdır.

Regional məhkəmələrin birgə mətbuat xidmətinin sözçüsü Zarema Mamaeva RBC-yə bildirib ki, iş neft emalı zavodunun və digər daşınmaz əmlakın dövlətin xeyrinə müsadirə edilməsinndən gedir.

Sovetski Regional Məhkəməsi Maqomedova qarşı iş üzrə antikorrupsiya qanunlarının pozulması nəticəsində əldə edilmiş əmlakın dövlət mülkiyyətinə keçirilməsi barədə qərar çıxarıb. İş “Dagneftprodukt” neft məhsulları təchizatı şirkətinin müsadirəsini nəzərdə tutur. Məhkəmə qeyd edib ki, Maqomedov şirkətin federal mülkiyyət olduğunu və Dağıstan administrasiyasının ona sərəncam vermək hüququnun olmadığını bilməsinə baxmayaraq, 2005-ci ildə öz təsiri ilə onun açıq səhmdar cəmiyyətinə çevrilməsini təmin edib.

TAHİR

Seçilən
100
24
baki-xeber.com

10Mənbələr