Rusiyanın Dağıstan Respublikasının dövlət katibi Maqomedsultan Maqomedov tutduğu vəzifədən azad edilib.
Missiya.Az xəbər verir ki, bu barədə Dağıstan hökumət administrasiyasının mətbuat xidmətinin Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, iyunun 25-də təhlükəsizlik qüvvələri Maqomedovun evində axtarış aparıb və onu həbs ediblər. O, dövlət əmlakını qanunsuz özəlləşdirmə faktı əsasında saxlanılıb.
Qeyd edək ki, Məmmədov 2021-ci ilin noyabrından Dağıstanın dövlət katibi vəzifəsində işləyirdi.
Nurlana ƏhmədovaMissiya.Az