BAKI, 28 iyun. TELEQRAF
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelin istefasına şad olaram.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.
"Bizim tərs uzunqulaq və axmaq bir nəfərimiz var ki, böyük bir səhv edir. Bu, illərdir davam edir", - o deyib.
Baza faiz dərəcəsinin nə qədər olmalı olduğu sualına cavab olaraq, Tramp bildirib ki, "indi biz 1% ödəməliyik".
"Biz daha çox ödəyirik, çünki bizdə Trampa nifrət sindromundan əziyyət çəkən bir insan var", - Ağ Ev rəhbəri qeyd edib.
ABŞ lideri etiraf edib ki, Pauelin varisi kimi o, faiz dərəcəsini azaldacaq birini dəstəkləyəcək. Trampın FED-nin rəhbəri vəzifəsinə namizədin adını yaxın aylarda açıqlayacağı gözlənilir.