İyunun 27-dən 28-nə keçən gecə Rusiya hərbçiləri dronlarla Ukraynanın Odessa şəhərinə hücum ediblər.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində cütlük həlak olub, ölənlər var.
Odessa meri Gennadi Truxanov bildirib ki, xilasedicilər düşmən pilotsuz uçuş aparatının mənzillərinə düşməsi nəticəsində həlak olan ər-arvadın meyitlərini tapıblar.