AZ

Arutyunyan: II Qareginin istefası qaçılmazdır

BAKI, 2 iyul. TELEQRAF

“Bütün ermənilərin katolikosu Ktriç Nersisyanın (II Qaregin) istefası qaçılmazdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Adiministrasiyasının rəhbəri Araik Arutyunyan deyib.

“Mənə məlumat verildi ki, bu gün müxtəlif yeparxiyaların rəhbərləri Ermənistanda toplanacaq, bu, kilsənin gələcəyi üçün çox vacibdir.

İndi din xadimləri Ktriç Nersisyanın Eçmiədzin kilsəsi ətrafında böhranı dərinləşdirmək üçün onlardan necə istifadə edəcəyi ilə bağlı sözlərinə qulaq asmamalı, Ktriç Nersisyanın qaçılmaz gedişindən sonra kilsənin necə işləyəcəyini, kimin katolikos olacağını və kilsədə islahat prosesinin necə davam edəcəyini müzakirə etməlidirlər”, - Arutyunyan bildirib.

Seçilən
15
44
teleqraf.com

10Mənbələr