AZ

Paşinyan bu keşişi də qandallatdı: Kilsə ilə hökumət arasındakı dava daha da alovlanır - FOTO, VİDEO

Musavat.com xəbər verir ki, Ermənistanda kilsə ilə dövlət arasında gərginlik yeni mərhələyə keçib.

Ermənistan Apostol Kilsəsinin (AAK) Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan iki ay müddətinə həbs edilib. Bu barədə yerli mənbələr məlumat yayıb. Onun hüquqlarını müdafiə edən vəkillər məhkəmə qərarını yaxın 10 gün ərzində apellyasiya qaydasında şikayət etməyə hazırlaşırlar.

Məlumata görə, arxiyepiskopun ünsiyyəti ciddi şəkildə məhdudlaşdırılıb — yalnız yaxın ailə üzvləri ilə görüşməsinə icazə verilir.

Qeyd edək ki, bu, son iki gün ərzində həbs edilən ikinci arxiyepiskopdur. Öncə Ermənistanda geniş rezonans doğuran digər hadisədə Vardapet Bağrat Qalstanyan həbs olunaraq İrəvandakı “Kentron” istintaq təcridxanasına yerləşdirilmişdi. Bu ardıcıl həbslər artıq erməni cəmiyyətində kilsə ilə hökumət arasında ciddi qarşıdurmanın dərinləşməsi kimi dəyərləndirilir.

Ekspertlər hesab edirlər ki, baş nazir Nikol Paşinyanın siyasi xətti Ermənistan Apostol Kilsəsinin tarixi təsir gücünü qırmağa, cəmiyyətdə dini institutların “seçkiöncəsi manipulyasiya” vasitəsi kimi çıxış etməsinin qarşısını almağa yönəlib. Müxalif dairələr isə bunu açıq şəkildə “dövlətin kilsəyə təzyiqi və müqəddəs dəyərlərə hörmətsizlik” kimi təqdim edirlər.

Ermənistan mediası yazır ki, yaxın günlərdə bu məsələdə yeni məhkəmə prosesləri və siyasi bəyanatlar gözlənilir. Analitiklər bu qarşıdurmanın seçkilər ərəfəsində Paşinyan hakimiyyətinə həm sosial, həm də beynəlxalq arenada əlavə çətinliklər yaradacağını istisna etmirlər.

Videoda kilsə tərəfdarları məhkəmə önündə keşişə kısiləcık hökmü gözlərkən çəkilən fraqment əks olunub.

Musavat.com

Seçilən
4
50
musavat.com

10Mənbələr