AZ

Rusiya bundan sonra Ukraynaya təkmilləşdirilmiş "Geran" atacaq

Rusiya Silahlı Qüvvələri təkmilləşdirilmiş “Geran-2” kamikadze pilotsuz təyyarələrini Xüsusi Hərbi Əməliyyat Bölgəsində (SVO) istifadə etməyə başlayıb. Bu barədə “Military Informant Telegram” kanalı məlumat yayıb.


Qeyd olunur ki, dron termal kamera və birbaşa radio idarə sistemi ilə təkmilləşdirilib. Bu yenilik Geran-dan güclü FPV pilotsuz uçan aparat kimi də istifadə etməyə imkan verir. Cihazın əvvəlki versiyası əvvəlcədən seçilmiş koordinatlarda hədəflərə hücum edirdi.


Termal görüntüləmə kamerası sayəsində operator istilik mənbələrini aşkar edə bilir. Bu, öz növbəsində gecə, tüstü və ya dumanda hədəfin məqsədyönlü şəkildə məhv edilməsini təmin edir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural

Seçilən
20
50
news365.az

10Mənbələr