Rusiya Ukraynaya görünməmiş səviyyədə zərbələr endirməyə başlayıb. Bu, Moskva tərəfindən kəskin eskalasiyanı göstərir və müharibənin sülh yolu ilə həll olunması ümidlərini daha da zəiflədir.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” nəşrində dərc olunmuş məqalədə deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri 29 iyuna keçən gecə Rusiyanın Ukraynaya 537 hava hücum vasitəsi, o cümlədən 477 zərbə dronu və aldadıcı hədəf, həmçinin 60 ədəd müxtəlif növ raket buraxdığını açıqlayıb. Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri 211 pilotsuz uçuş aparatını və 38 raketi məhv edə bilib.
Ətraflı
Nəşr yazır ki, bu hücumun miqyası Rusiyanın strategiyasının kəskin sərtləşdiyini göstərir. Ukrayna rəsmilərinin sözlərinə görə, Moskva Ukraynanın HHM-ni sistemli şəkildə zəiflətmək istəyir.