Argentina millisinin heyətində dünya çempionu, 2023 və 2024-cü illərdə dünyanın ən yaxşı qapıçısı hesab edilən Emiliano Martines karyerasını “Çelsi”də davam etdirə bilər.
Publika.az xəbər veririr ki, “Infobae”nin məlumatına görə, “mavilər”in baş məşqçisi Entso Mareska qapıçılar üzrə məşqçi Villi Kabalero ilə danışdıqdan sonra “Aston Villa”nın qapıçısının transferinə yaşıl işıq yandırıb. 33 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Atletiko Madrid” və “Qalatasaray” da maraqlanır. Qeyd olunur ki, Mareska Martinesi təkcə əsas qapıçı kimi yox, həm də matçlar zamanı bütün “Çelsi”nin müdafiəsini idarə edə biləcək lider kimi görür.
Martinesin “Aston Villa” ilə müqaviləsi 2029-cu ilə qədərdir.