Bakı.Trend:
“Çelsi”nin hücumçusu Mark Guiu növbəti mövsümü icarə əsasındakeçirəcək.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 19 yaşlı hücumçu “İpsviç”də oynayacaq. Artıqtərəflər arasında razılıq əldə edilib.
“Barselona”nın yetirməsi olan Mark ötən mövsümün əvvəlində“Çelsi”yə keçmişdi.
Onun London təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun30-na qədərdir.