“Barselona” prezidenti Joan Laporta komandanın əsas yarımmüdafiəçilərindən olan Frenki de Yonqla yeni müqavilə imzalamaq istədiklərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, klub rəhbəri bu barədə “Sport.es” nəşrinə danışıb:
“Frenkinin uzun illər bizimlə qalmasını istəyirik. O, komandamız üçün vacib oyunçudur. Müqavilənin uzadılması prosesi davam edir, tezliklə yeni xəbərlər olacaq”.
Mərasimdə Niderland millisinin baş məşqçisi Ronald Kuman da iştirak edib. O da futbolçunun “Barselona”da qalacağını və bu barədə dəfələrlə danışıldığını xatırladıb.
2019-cu ildən Kataloniya təmsilçisinin formasını geyinən 28 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 46 matçda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir. “Transfermarkt” portalı de Yonqun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.