AZ

“Barselona” De Yonqla bağlı qərarını verib

“Barselona” klubu yarımmüdafiəçisi Frenki de Yonqla mövcud müqaviləni 2029-cu ilin yayına qədər uzatmaq ərəfəsindədir.

90deqiqe.Az-ın “Sport.es” nəşrinə istinadən məlumatına görə, yeni müqavilə niderlandlı futbolçusunun “Atletik”dən keçməsi gözlənilən hücumçu Niko Uilyamsın transferinə də təsir göstərə bilər.

Kataloniya təmsilçisi de Yonqun yeni əmək müqaviləsini müəyyən məbləğlər üzrə yenidən strukturlaşdırmaqla yanaşı, futbolçuya 2020-ci ilə aid olan borcunu da yaxın illərə bölərək ödəməyi planlaşdırır.

Frenki de Yonqun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Əvvəlki məlumatlarda klubun müqavilə yenilənmədiyi halda futbolçunu satmağa hazır olduğu bildirilmişdi.

Seçilən
3
4
90deqiqe.az

5Mənbələr