AZ

İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 18 mini keçib

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 18 205-ə yüksəlib.
Qəzza hökuməti İsrailin oktyabrın 7-dən bəri mühasirə altındakı Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının əksəriyyəti uşaq və qadın olmaqla 18 205 nəfərə yüksəldiyini açıqlayıb.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.
İsrail ordusu da buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qlınclar'' əməliyyatına başladığını açıqlayıb.



Seçilən
489
50
trt.net.tr

10Mənbələr