İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 18 205-ə yüksəlib.
Vətəninfo.az xəbər verir ki, Qəzza hökuməti İsrailin oktyabrın 7-dən bəri mühasirə altındakı Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının əksəriyyəti uşaq və qadın olmaqla 18 205 nəfərə yüksəldiyini açıqlayıb.
Xatırladaq ki, ”Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.
İsrail ordusu da buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ”Dəmir qlınclar” əməliyyatına başladığını açıqlayıb.